image-qanunla-reklam
image-ca88394b-c413-48aa-8aa0-ac1b61cd697f

Xalq artisti: “Evimdə şəhid var, ad günü keçirməyəcəyəm”

image-lady-day-az

“Həsrətimiz sona çatıb. Bu gün rahat şəkildə Qarabağa gedib-gəliriksə, mənim üçün ən böyük xoşbəxtlik budur”.

Bu sözləri Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib. 60 yaşlı sənətkarın ən böyük arzusu Qarabağda keçiriləcək böyük tədbirlərdə iştirak etməkdir:

“İnsanlar Qarabağa qayıdacaq, orada böyük festivallar keçiriləcək. Qarabağın şöhrətini özünə qaytaracağıq. Zəfər çalmış bir dövlət, millətik, Qarabağımız, bütün torpaqlarımız azaddır. Şəhidlərin ruhu qarşısında baş əyirik. Ali Baş Komandanımıza, ordumuza təşəkkür edirik ki, belə bir zəfəri bizə yaşadıblar”.

Yubilyar ad gününü keçirməyəcəyini deyir:

“Mənim evimdə şəhid var. Bundan əlavə şəhidlərin il mərasimləri var. Ad günü keçirməyəcəyəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki