image-qanunla-reklam
image-1698557139-1464b212-e0fc-374c-a957-e767ad8621f8_850

Məşhur aktyor vəfat ETDİ

image-lady-day-az

Amerikalı aktyor Metyu Perri 54 yaşında vəfat edib.

“Qanunla.az” xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Onun cəsədi Los-Ancelesdəki evlərdən birində cakuzidə tapılıb. Məlumata görə, aktyor boğularaq ölüb.

Nəşr qeyd edir ki, hadisə yerində narkotik aşkar edilməyib. Bunun cinayət olmadığı iddia edilir. Perri uzun illər alkoqol və narkotik asılılığından əziyyət çəkib.

Metyu Perri Uilyamstaunda (Massaçusets, ABŞ) anadan olub, Ottavada (Kanada) böyüyüb. Məşhur “Dostlar” (Friends) serialında Çandler Binq rolunu oynayıb(1994–2004, 2021). Həmçinin “Tələsin və insanları güldürün” (1997), “Üç üçün tanqo” (1999), “Zəfər: Ron Klarkın hekayəsi” (2006), “Çarəsiz” (2007) filmlərində rol alıb.Emmi Mükafatına (Dostlar, Qərb Qanadı, Triumf: Ron Klark Hekayəsi) və Qızıl Qlobus Mükafatına namizədə (Triumf: Ron Klarkın Hekayəsi) namizəd olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki