image-qanunla-reklam
image-17010998502181820213_1200x630

Qahirədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş klassik musiqi konserti olub

image-lady-day-az

Qahirə Opera Evində keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş klassik musiqi konserti Misir paytaxtının mədəni həyatında əlamətdar hadisə olub.

Qanunla.Az xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi, Misirin Mədəniyyət Nazirliyi və Qahirə Opera Evi tərəfindən təşkil edilən konsertdən əvvəl çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov dahi siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, onun Yaxın Şərq, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs edib. O qeyd edib ki, xalqımızın Ümummilli Lideri dost ölkə olan Misirlə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Diplomatımız vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə dahi siyasətçinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunub. Səfir, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə, o cümlədən musiqimizə qayğısından bəhs edib.

Misirin dövlət və hökumət nümayəndələri, tanınmış incəsənət xadimləri də konsertə gələnlər arasında olublar. Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Misirin görkəmli musiqiçisi Əhməd Əl Səidin bədii rəhbəri olduğu Qahirə Simfonik Orkestri və Xor Kapellası görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”, Qara Qarayevin “Adajio” və “Yeddi gözəl” baletindən rəqs, Soltan Hacıbəyovun “Karvan”, Niyazinin “Konsert valsı”, Tofiq Bakıxanovun “Xeyir və şər” baletindən vals əsərlərini ifa ediblər. Pianoda solist qismində isə Azərbaycanın Xalq artisti Yeganə Axundova çıxış edib.

Tədbir çərçivəsində Qahirə Opera Teatrının foyesində səfirliyimizin təşəbbüsü və maliyyə dəstəyi ilə yenicə nəşr edilmiş misirli jurnalist, Asiya ölkələri üzrə tədqiqatçı Əhməd Tarabek tərəfindən qələmə alınmış “Heydər Əliyevin düşüncələrində Ərəb və İslam aləmi” adlı kitab təqdim edilib.

Misirdə böyük maraqla qarşılanan konsert bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

image-1701099850277233762_1200x630image-17010998504239417131_1200x630image-1701099850247555804_1200x630image-17010998501451826241_1200x630image-17010998505398755368_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki