image-qanunla-reklam
image-1710920363-1601288423_t

Vilayət Eyvazovdan sürücülük vəsiqələri ilə bağlı QƏRAR

image-lady-day-az

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qanunla.Az xəbər verir ki, qərarda deyilir:

“1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16- 001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”ın 3.1-ci bəndinin ikinci cümləsindən “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla,” sözləri çıxarılsın.

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.

4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki