image-qanunla-reklam
image-1708068780_1672377550_vasif

Vasif Talıbov Prezidentin andiçmə mərasimində və Baş nazirlə bağlı iclasda iştirak etmədi

image-lady-day-az

Məlum olduğu kimi, İlham Əliyev fevralın 7-də keçirilən Prezident seçkilərində qalib gəlib. Fevralın 14-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Bu gün isə Milli Məclisdə İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Qanunla.Az-ın məlumatına görə, deputat Vasif Talıbov nə Prezidentin andiçmə mərasimində, nə də bu gün Baş nazirlə bağlı məsələyə görə keçirilən plenar iclasda iştirak etməyib.

Xatırladaq ki, Vasif Talıbov 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatıdır.

Onu da qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbov 2022-ci ilin dekabr ayında istefa verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki