image-qanunla-reklam
image-59bceae0-11b9-453f-aed7-b47c774b343b

SOCAR-ın “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

image-lady-day-az

Növbəti həftə (19, 20, 22 və 23 fevral tarixləri) saat 11:00-dan 12:00-dək 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Qanunla.Az xəbər verir ki, aksiya həftənin 1-ci günü Ağsu rayonu, Pirhəsənli kəndində (Kənd orta məktəbinin qarşısı), 2-ci günü Qobustan rayonu, İdman Kompleksinin qarşısında (Yeni massiv ərazisi), 4-cü günü İsmayıllı rayonu, Ruşan kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə Ucar rayonu, Lək kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki