image-qanunla-reklam
image-img_20240416_195438

Şəhid atası Ölkə başçısına təşəkkür etdi

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə…

Möhtərəm cənab Prezident!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətinin məntiqi davamı olaraq, bu gün də Şəhid ailələri və qazilərə diqqət və qayğı hiss olunmaqdadır. Bu qayğının bariz nümunəsi olaraq, Şəhid anası Cəbişova Səadətin səhhətində yaranmış problemlə əlaqəli olaraq xəstəxanaya müraciətimizə dərhal baxılmış, göstərilmiş müayinə və müalicələlər peşəkar həkimlər tərəfindən uğurla həyata keçirilmiş və bütün xərclər dövlət tərəfindən qarşılanmışdır.
Möhtərəm Prezidentimiz!
Öz adımdan və bütün Şəhid ailələri adından Sizə təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün bütün işlərinizdə bol-bol uğurlar arzu edirik. Tanrı Sizi və doğmalarınızı qorusun!

Hörmət və ehtiram hissi ilə Qulu Cəbişov
Birinci Qarabağ müharibəsi Şəhidi Daşqın Cəbişovun atası.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki