image-qanunla-reklam
image-2cdce684-e499-4932-ae55-a0720af358a8

Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli filmin və eyni adlı kitabın təqdimatı keçirilmişdir

image-lady-day-az

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” ictimai birliyi tərəfindən təşkilatımızın üzvü olmuş, Zərdab şəhidlərinin ən gənci olan, ictimai aktiv 21 yaşlı Məmmədzadə Anar Nazim oğlunun xatirəsinə həsr olunmuş Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli filmin və eyni adlı kitabın ikinci təqdimatı keçirilmişdir. Təqdimat şəhidin təhsil aldığı Zərdab şəhər H.B.Zərdabi adına 1 saylı liseydə məktəblilərin və şagirdlərin iştirakı ilə təşkil olunmuşdur.

Qanunla.Az xəbər verir ki, tədbiri məktəbin direktoru Vüsalə Kərimova açıq elan etdi və uğurlar arzuladı. Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək donora və dəstək göstərən bütün qurumlara öz təşəkkürünü bildirdi.

Sonra Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli film və kitabı təqdim edildi.

Qeyd edək ki, layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən şəhidlərimizin tanıdılması məqsədilə Zərdabın ən gənc şəhidi, təşkilatımızın üzvü olan Anar Məmmədzadəyə həsr olunmuş “Bayraq mənim namusumdur!” adlı sənədli filminın çəkilməsidir.

 

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-4b4bc69d-9319-46e9-a3a9-488036c79b8aimage-a928b42d-fd7c-4dd3-8620-9e90d4ad4eb9image-2cdce684-e499-4932-ae55-a0720af358a8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki