image-qanunla-reklam
image-59494557

Salyan rayon Qarabağlı kənd 2 saylı tam orta məktəbində Təbiəti birlikdə qoruyaq” adlı tədbir keçirilib

image-lady-day-az

Salyan rayon Qarabağlı kənd 2 saylı tam orta məktəbində Təbiəti birlikdə qoruyaq” adlı tədbir keçirilib.

Tədbirdə  Məktəbin direktoru Asya Mamedova çıxış edərək ” Dahi Şəxsiyyət Ulu Öndər Heydər Əliyev “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar, cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub yaradın  dəyərli sözlərini şagirdlərə söylədi A.Mamedova bildirdi ki,Möhtərəm  Prezident Ilham Aliyev  Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.  Bizdə bununla bizlərdə  yaşadığımız dünyanı, ətraf mühiti, ana təbiəti qorumalıyıq.Son illərdə respublikamızda ekologiyanın qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət göstərildiyini vurğuladı.A.Mamedova qeyd etdi ki, biz təbiətin qoynunda yaşayırıq,. onu çirklənmədən qorumaq üçün əlimizdən gələni etməliyik. O, nəfəs aldığımız havanı, içdiyimiz suyu və yediyimiz qidanı, ehtiyac duyduğumuz digər zəruri ehtiyacımızı təmin edir. Sonra şagirdlər məktəbin həyətyanı sahəsində abadlıq işləri apardılar, ağacların dibini yumşaltdılar, ağac əkdilər.Şagirdlər “Təbiəti birlikdə qoruyaq” adlı mözvuda öz fikirlərini söyləyərək bildirdilər ki, Azərbaycanımız və yaşıl təbiətimiz gözəldir, bununla da xeyirxah işlər görüb təbiətimizin keşiyində durmalıyıq.

Salyan rayon Qarabağlı kənd 2 saylı tam orta məktəbi.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki