image-qanunla-reklam
image-6d60f142-ddba-4c05-8e2b-93bd3e673502-1024x682

Şagirdlərin yaradıcı bacarıqları inkişaf etdirilir – Fotolar

image-lady-day-az

Bakı şəhəri Yasamal rayonu 52 №-li tam orta məktəbində Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə “Təhsildə yaradıcı mühitin formalaşması” adlı layihə icra olunub.

Qanunla.Az xəbər verir ki, layihə 21-ci əsrin bacarıqları sırasında yer alan yaradıcı təfəkkürün şagirdlərdə inkişaf etdirilməsini əsas tutaraq həyata keçirilib.

Qeyd edilən layihənin məqsədi tədris prosesində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcı mühiti inkişaf etdirməkdən ibarət olub. Layihədə məktəbin 9-16 yaşlı 30 şagirdi üçün aktyorluq kursları təşkil edilib. Aktyorluq kursları şagirdlərin ədəbi-bədii yaradıcılığının, ictimai nitq bacarıqlarının inkişaf etdirilməsinə, onların yaradıcı bacarıqlarının üzə çıxarılmasına şərait yaradıb.

Aktyorluq kurslarında iştirak edən şagirdlər kursun sonunda Kəmalə Ağayevanın “Göyçək Fatma”, Əbdürrəhim bəy Haqverdiyevin “Vaveyla” əsərlərini səhnələşdiriblər.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir. Layihənin icrası və nəticələri ilə bağlı fəaliyyətlərindən ictimaiyyətin məlumatlarındırılması üçün layihənin eyniadlı feysbuk və instaqram sosial platformalarında səhifələri yaradılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki