image-qanunla-reklam
image-20230511150630

Rusiyada Nizami Gəncəvinin heykəli baxımsız vəziyyətdədir – FOTO

image-lady-day-az

Rusiyanın Sankt- Peterburq şəhərində ucaldılan dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli baxımsız vəziyyətdədir.

Qanunla.az xəbər verir ki, bu barədə şəhər sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, şəhərin Kamennoostrovski  prospektində yerləşən dahi şairin abidəsi baxımsız vəziyyətdə qalıb və xeyli müddətdir yenidənqurma və abadlaşma işləri aparılmır. “Aidiyyatı qurumlar sözügedən abidənin bərbad vəziyyətdə olması ilə bağlı hər hansı tədbir görmür”, deyə sakinlər bildirib.

Hazırda baxımsız vəziyyətdə qalan abidənin fotolarını təqdim edirik.image-20230511150630

Qeyd edək ki, dünyanın mədəniyyət mərkəzlərindən sayılan Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsi 2002-ci ildə açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki