image-qanunla-reklam
image-metbuatsurasibina230320

Prezident seçkilərini işıqlandırmaqla bağlı problem qeydə alınmayıb

image-lady-day-az

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində seçki prosesini işıqlandıran jurnalistlərə yaradılmış şəraitlə tanış olub.

Bu barədə Mətbuat Şurasından məlumat verilib.

Rəşad Məcid sözügedən məntəqələrdə media təmsilçilərinin 7 fevral prezident seçkilərini işıqlandırmaları ilə bağlı heç bir problemin qeydə alınmadığını bildirib. O, jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiklərini vurğulayıb. Habelə, mediaya hər cür şəraitin yaradıldığını müşahidə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki