image-qanunla-reklam
image-47a86729-d125-3fea-9d55-55a8880bab23_850

Polad Bülbüloğlu: “Azərbaycan xalçaları dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur”

image-lady-day-az

“Azərxalça”nın məhsullarının Moskva şəhərində “Azərbaycan xalçaları “Caspian” sahilində” Azərbaycan milli gecəsində  təqdimatı keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyinin, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin, “Azərxalça” ASC-nin, “Detali” dizayn məktəbinin təşkilatçılığı ilə keçirilən gecədə əl işi olan 56  xalça təqdim olunub.

Tədbirdə səfir Polad Bülbüloğlu iki ölkə arasında möhkəm mədəni tellərin olduğunu deyib: “Xalça Azərbaycanın milli sərvətidir. Azərbaycanlı xanımlar əsrlər boyu İrandan tutmuş Qafqazadək geniş ərazilərdə xalça toxuyublar. Azərbaycan xalçaları bu gün Londondakı Viktoriya və Albert Muzeyindən tutmuş şəxsi kolleksiyalaradək dünyanın nüfuzlu muzeylərində layiqli yer tutur”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov ölkəmizdə xalçaçılıq sənətinin tarixindən, dövlətimizin bu sənətə göstərdiyi dəstəkdən danışıb, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyini xatırladıb: “Biz də “Azərxalça” olaraq klassik xalçaçılıq sənətimizin ənənələrini yaşatmağa, yeni-yeni istiqamətlər tətbiq etməyə çalışırıq. Qədim xalçalar əsasında müasir, yeni dizayna malik məhsullar ərsəyə gətirmək üçün konseptual rəssamları cəlb edirik”.

“Azərxalça” ASC-nin kreativ direktoru Əsmər Abdullayeva “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat keçirib. Həmçinin Azərbaycan xalçalarının toxunma prosesinə dair ustad dərsləri də təşkil olunub.

Rəsmi hissə başa çatdıqdan sonra qonaqlara Azərbaycan milli təamları təklif olunub, milli şərabların təqdimatı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki