image-qanunla-reklam
image-fuzuli-menzil

Növbəti köç karvanı Füzuliyə çatdı

image-lady-day-az

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Yeni ilin ilk köç prosesi həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr işğaldan azad olunan Füzuliyə çatıb.

Qanunla.Az xəbər verir ki, bu gün 30 ailə olmaqla, 127 nəfər doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar.

Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək, doğma yurdlarına qayıdışın sevinc hisslərini paylaşıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki