Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.
Cari ilin sentyabr ayının 6-da cənab Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Cənab Prezident çıxışında bildirmişdir ki, “Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”
Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Avropa İttifaqı ölkələri üçün mütləq etibarlı enerji tərəfdaşına mühüm ehtiyac vardır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası Avropa İttifaqı üçün ən etibarlı və dayanıqlı bir tərəfdaşına çevrilməkdədir. Xəzər və Qara dəniz ölkələri arasında əlaqələrin inkişafında Azərbaycan böyük rol oynayır. Eyni zamanda, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları regional əlaqələrin inkişafına töhfə verməklə yanaşı, dünya güc mərkəzlərinə ölkəmizlə əməkdaşlığı daha da gücləndirmək üçün əlavə stimul yaradır. Xüsusilə də Azərbaycanın nəqliyyat və tranzit infrastrukturunun da inkişafı, ticarət yollarının şaxələndirilməsində və optimallaşdırılmasında oynadığı mühüm rol ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini şərtləndirir. Bu mənada dünyanın böyük siyasi və güc mərkəzlərindən biri sayılan Aİ-nin Azərbaycanla əlaqələrini daha da gücləndirilməsinə çalışması mövcud geosiyasi və geoiqtisadi reallığın məntiqi nəticəsidir. Regionun lider ölkəsi kimi Azərbaycanla münasibətlərin, xüsusilə də iqtisadi əlaqələrin inkişaf etdirilməsi Aİ-nin diqqət ayırdığı prioritet istiqamətlərdən biridir. Azərbaycan nefti, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir.
Avropa İttifaqı və Azərbaycan Respublikası strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas verir ki, Azərbaycan-Aİ münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edir. Bunun təminatı müzəffər ali baş komandan cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir!
Eşqin Əmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.
Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur. Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Bu da bizi daim tərəqqiyə aparır. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir. Bunları nəzərə alıb qeyd etməliyik ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ölkəmiz İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. İtaliya ilə Azərbaycanın ikitərəfli əlaqələri enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapiensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək.
Babək Mikayılov – Zərdab Peşə Liseyinin direktoru