image-qanunla-reklam
image-1685436488-7f33a62d-f169-349e-af30-37301634d3b0_850

Elxan Qasımov dəfn edildi

image-lady-day-az

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov dəfn edilib.

“Qanunla.az” xəbər verir ki, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn edilib.

Mərasimdə mərhumun sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki