image-qanunla-reklam
image-yol_polisi_esas

DYP-dən siqnal verən sürücülərə xəbərdarlıq

image-lady-day-az

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb.

İdarədən Qanunla.Az-a bildirilib ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur.

“Yol hərəkəti haqqında” Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;

2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır”.

BDYPİ bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki