image-qanunla-reklam
image-jalll-2-1024x682

Deputatın qaldırdığı məsələ həllini tapdı -VİDEO

image-lady-day-az

Aldığımız məlumata görə Zərdab rayonunun Mərkəzi Stadionunun təmiri ilə bağlı məsələ öz müsbət həllini tapıb. Belə ki, Stadionun təmiri 2024-2027-ci illər üçün nəzərdə tutulan plana daxil edilib və önümüzdəki həftə Nazirlər Kabinetinin Milli Məclis qarşısındakı hesabatı zamanı bu məsələ bir daha gündəmə gələcəkdir.

Qanunla.Az xəbər verir ki, hələ 2005-ci ildə millət vəkili Jalə Əliyeva öz seçki platformasında deputat seçiləcəyi halda Zərdab rayonunun illərdən bəri bərbad vəziyyətdə olan Mərkəzi Stadionunun əsaslı təmiri məsələsini dövlət qarşısında qaldıracağına söz vermişdi. Çox keçmədən 2006-cı ildə deputatın Gənclər və İdman Nazirliyinə etdiyi müraciət əsasında Zərdabdakı Mərkəzi Stadion əsaslı təmir edildi və sonrakı bir neçə il ərzində həmin stadionda bayramlar, tədbirlər, idman yarışları keçirildi. Lakin Stadionun baxımsızlığı, müntəzəm olaraq aparılmaıı olan təmir işlərinə laqeyd münasibət bəslənməsi stadionun yararlılıq vəziyyətinin aşağı düşməsinə səbəb oldu. Mərkəzi stadion tamamilə bərbad vəziyyətə düşdü. Nəticədə rayon gənclərinin, idman sevərlərin idman yarışlarının keçirilməsi üçün yeganə məkan olan stadion fəaliyyətini tamamilə dayandırdı. Ötən illər ərzində deputat Jalə Əliyeva bu məsələni dəfələrlə Milli Məclis tribunasından qaldıraraq aidiyyəti qurumlara – Nazirlər Kabineti, Maliyyə Nazirliyinə, Gənclər və İdman Nazirliyinə müraciət edərək Stadionun əsaslı təmir-bərpa işlərinin başlanmasını xahiş etmişdir. Bununla bağlı sonuncu dəfə ötən ilin noyabr ayında Milli Məclisdə 2024-cü il üçün nəzərdə tutulan büdcə müzakirələri zamanı deputatımız bir daha bu məsələni qabardaraq Stadionun təmir işlərinin başlanması üçün vəsait ayrılmasını təklif və tələb edib.

Sözü gedən çıxışı sizlərə təqdim edirik:

Bir neçə kəlimə ilə gənclər və idman sahəsi ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. Yeniyetmə və gənclərin idman hazırlığının gücləndirilməsi ölkəmizdə prioritet bir məsələdir. Bu sahəyə dövlət böyük diqqət ayırır. Lakin bununla belə hələ də rayonlarda təmirsiz, bərbad stadionlar var. Məsələn, deputatı olduğum Zərdab rayonundakı stadion son dəfə 18 il əvvəl bizim təşəbbüsümüz və iştirakımızla cari təmir edilib. Uzun illərdən bəri həmin stadionun əsaslı təmiri maliyyə çatışmazlığı səbəbilə növbə gözləyir. Ötən il rayon gənclərinin idmana böyük həvəsi və vətəndaşların davamli tələbləri səbəbilə Zərdabda daxili imkanlarla minifutbol meydançası inşa edildi. Lakin hamin meydançanın yaşıl örtüyünün əldə edilməsinə köməklik göstərmələri üçün Gənclər və İdman Nazirliyinə müraciətimiz yenə vəsait çatışmaması ucbatından həllini tapmadi . Ona görə də, bu kimi hətta ən elementar məsələlərin belə həllində çətinliklərin yaranmaması üçün bu sahəyə ünvanlı vəsaitlərin ayrılması məqsədəuyğun olardı. 2024-cü il üçün nəzərdə tutulmuş dövlət büdcəsindən bu sahədə təmir bərpa işlərinin həyata keçirilməsi məqsədilə ölkə üzrə 11 milyon vasait ayrılması nəzərdə tutulub. Təmir və barpa ediləcək idman kompleksləri və stadionların siyahısına deputat olduğum Zərdab rayonunda 18 ildir növbəsini gözləyən Şəhər stadionunun da daxil edilməsini xahiş edirik.

Ətraflı linklərə daxil olun tanış ola bilərsiniz:

https://www.facebook.com/story.php?story_fbid=662707729306519&id=100067018943718&mibextid=oFDknk

https://xeberaz.org/2023/11/07/z%c9%99rdab-rayonunda-m%c9%99rk%c9%99zi-stadion-son-d%c9%99f%c9%99-bundan-18-il-%c9%99vv%c9%99l-cari-t%c9%99mir-edilmisdir-mill%c9%99t-v%c9%99kili-jal%c9%99-eliyeva/

https://saat24.az/az/news/32130/14-noyabr-2024-cu-il-tarixli-plenar-iclasinda-millet-vekili-jale-eliyevanin-etdiyi-cixisin-tam-metn


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki