image-qanunla-reklam
image-cesi-roshka

Daha iki tiktoker həbs edildi – Rəsmi

image-lady-day-az

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, Tiktokda “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanov saxlanılıblar.

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, – DİN-in məlumatında deyilir.

Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirdiyinə görə saxlanılıblar.

***

Məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki