image-qanunla-reklam
image-img-20240228-wa0013

Cari ilin ilk görüşü

image-lady-day-az

SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuranın sədri və üzvlərinin cari ildə ilk görüşü Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları ilə baş tutub.

Qanunla.Az xəbər verir ki, BRQSD-nın inzibati binasında keçirilən görüşdə Birliyin məsul şəxsləri tərəfindən Departamentin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. İctimai nəzarəti həyata keçirən Şura üzvləri vətəndaşların qaz təchizatında üzləşdiyi problemlərdən söz açaraq müəyyən mövzularda suallara cavab axtarıblar. Daha sonra İctimai Şuranın sədri və üzvləri abonent məmnunluğunun qazanılması istiqamətində bəzi təkliflər irəli sürüblər. Müzakirələrin ardınca Bakı Regional Qazın Satışı Departamentinin şöbələrinin iş prinsipi ilə yaxından tanış olmaq məqsədilə bəzilərinə baş çəkilib. Sonda BRQSD-nın bütün əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulanıb və xatirə şəkli çəkilib.

image-img-20240228-wa0013 image-img-20240228-wa0015 image-img-20240228-wa0017 image-img-20240228-wa0019 image-img-20240228-wa0021


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki