image-qanunla-reklam
image-f007d477-3120-470f-b0df-9b8d588c082b

“Azəriqaz” İB rəsmisi: “Texniki müayinələrə xüsusi diqqətimizin əsas səbəbi abonentlərin təhlükəsizliyidir”

image-lady-day-az

“Azəriqaz” İB rəsmisi: “Texniki müayinələrə xüsusi diqqətimizin əsas səbəbi abonentlərin təhlükəsizliyidir”.

“SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi olaraq bu ildən etibarən texniki müayinələrin geniş tərkibli icrasına start vermişik. Bildiyiniz kimi 2022-ci ilin fevral ayında dövlət başçısının Fərmanı ilə qaz təsərrüfatına aid qanuna əlavə və dəyişikliklər qüvvəyə mindi. Həmin əlavə və dəyişikliklərdən sonra sayğacdan sonrakı mərhələ, yəni mənzillərə baxış keçirilməsi yenidən “Azəriqaz” İB-yə həvalə olundu. Fərmandan irəli gələrək Nazirlər Kabineti bizim əsaslanıb fəaliyyət göstərəcəyimiz qaydaların formalaşdırılması üzərində çox ciddi şəkildə iş apardı və o qaydalar “Azəriqaz” İB-yə təqdim olundu”.

Qanunla.Az xəbər verir ki, bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Qurum rəsmisi texniki şərtdən kənara çıxma hallarının çox olduğunu da bildirib. Onun sözlərinə görə mənzil daxilində qaz cihazlarının və mətbəxin yerinin dəyişdirilməsi, habelə tüstü bacalarının təmizlənməməsi bir çox bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. “Biz əzmlə bu işlə məşğul olacağıq. Xüsusi diqqətimizin əsas və yeganə səbəbi odur ki, abonentlərimiz təhlükəsiz şəkildə təbii qazdan istifadə edə bilsinlər”, – deyə o, qeyd edib. Qurumun Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək isə ötən ilin dekabr, cari ilin yanvar ayının ilk günləri ərzində Birliyə daxil olan müraciətlərlə bağlı statistik göstəriciləri açıqlayıb. “Qəza Çağrı Xidmətinə 2023-cü ilin soyuq aylarında daxil olan müraciətlərin sayı və tərkibində 2022-ci illə müqayisədə iki dəfə azalma müşahidə olunub. İşin yerlərdə, Çağrı Xidməti və sosial şəbəkələr üzərindən düzgün qurulması nəticəsində ötən il qaz təzyiqi ilə bağlı 10761, qazın olmaması ilə bağlı 6915, məlumat xarakterli 18959 müraciət az daxil olub”, – deyə şöbə rəisi qeyd edib. Xalidə Şimşək görüş zamanı abonentlərə müraciət də edib: “Qazın olmaması ilə bağlı daxil olan 503 müraciət üzrə əraziyə yollanan işçi qruplar tərəfindən qaz təminatında heç bir problemin olmadığı, abonentlərin mənzildaxili xətlərində boruların tutulması halı aşkar edilib. Bir daha vətəndaşlardan qaz cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etmələrini xahiş edirik”. Sonra aksiya jurnalistlərin sualları əsasında davam edib.

image-f007d477-3120-470f-b0df-9b8d588c082bimage-f2ec421b-ad1c-4c5b-8ba1-bd59f015e9b7image-5631ab0b-d388-457c-b156-6569824fa2adimage-94832533-4be6-4e8c-9438-b6d559603179


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki