image-qanunla-reklam
image-img-20240319-wa0055

“Azəriqaz” İB Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

image-lady-day-az

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Əsasən Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Qanunla.Az xəbər verir ki, Bakı Regional Qazın Satışı Departamentinin 24 nəfər mühəndis heyəti də Departamentin inzibati binasında və Qaradağ xidmət sahəsində 20-26 mart, Xəzər, Sabunçu və Abşeron xidmət sahələrində isə 22-26 mart saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər. (24 mart tarixində yalnız Sabunçu xidmət sahəsində xidmət göstərilməyəcək). Əlavə olaraq onu da qeyd etmək istəyirik ki, “ASAN Kommunal” mərkəzləri 25 mart tarixindən tam şəkildə fəaliyyətinə davam edəcək. Abonentlərdən xahiş edirik ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 24/7 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə zəng edərək və ya 077 3 104 104 “Whatsapp” nömrəsinə yazaraq məlumat versinlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki