Azərbaycan gənclərinin forumları
Gələcəyin təməl daşı – Gənclikdir. Bütün ölkələrdə müstəqilliyin daha da möhkəmləndirilməsi onların aparıcı qüvvəyə çevrilməsidir.
Ümummilli liderimiz H.ƏIiyev demişdir: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»
Bu gün ölkədə keçirilən tədbirlərdə gənclərin rolu böyükdür.Biz gənclər bu gün Azərbaycan gənci olmağımızla fəxr edir, qürur duyuruq. Bu qürur biz gənclərdə doğma,müstəqil Azərbaycanımızda yaşamağımızdan irəli gəlir. Dövlətin gələcəyi və inkişafı biz gənclərin sağlam düşüncəsindən irəli gəlir.
Vaxtilə Azərbaycanın paytaxt və regionlarda yaşayan gənclərinin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyev qəti addımlar atırdı.1994-cü il 26 iyun Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-si ilk Azərbaycan Gənclər forumunun keçirilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi buna ən gözəl nümunədir.
Gənclər siyasətinin əsas istiqamətlərinə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımının göstərilməsi məsələləri daxildir. Bu məsələləri asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
I Forum – 2 fevral 1996-cı ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilmişdir.
1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyev tərəfindən 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
II forum – 1999-cu ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bakı şəhərində keçirilmişdir. Bu formda isə gənclərin mövcud nöqsanları və qarşıda duran vəzifələri müzakirə edilmişdir.
III forum 13 oktyabr 2003-cü ildə,IV forum 2005-ci ildə ,V forum 03 oktyabr 2008-ci ildə,VI forum 25 oktyabr 2011-ci ildə,VII forum 2-3 iyun 2014-cü ildə ,VIII forum 16 noyabr 2018-ci ildə,IX Forum 25 dekabr 2020-ci ildə Bakı şəhərində keçirilib.
IX forumda 2 mərhələ üzrə keçirilərək məqsəd 2020 ci ildə ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək idi. Forum ənənəvi olaraq 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı keçirilib.
Bu gün həyata keçirilən gənclər siyasətinin uğurlu nəticəsidir ki, sosial həyatın bütün sferalarında gənclər çoxluq təşkil edir. Bu gün biz gənclər dövlət qayğısını daim öz üzərimizdə hiss edirik. Prezident İlham Əliyev demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Azərbaycanın parlaq gələcəyi olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı və hər an Ali Baş Komandanın verəcəyi əmrə müntəzir olmalıdırlar.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı.