image-qanunla-reklam
image-ayten-seferova

Aytən Səfərovanın qabırğaları sınıb – Həyat yoldaşı

image-lady-day-az

Aytən Səfərovanın iki qabırğası sınıb.

Qanunla.Az xəbər verir ki, bu sözləri Teleqraf.com-a bu gün qəzaya düşən aparıcı Aytən Səfərovanın həyat yoldaşı Nazim Piriyev deyib.

O, qəzanın necə baş verməsindən danışıb:

“Aytən xanım öz yolu ilə gedirmiş. Qarşı tərəf qırmızı işıqda keçib, həyat yoldaşımın avtomobili ilə toquşub və maşın aşıb”.

Qeyd edək ki, bu gün səhər radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki