image-qanunla-reklam
image-1690868059_screenshot-2023-08-01-093337

45 min il əvvəl yaşamış qadının xarici görünüşü bərpa edildi

image-lady-day-az

1950-ci ildə Çexiyada arxeoloqlar mağara sisteminin dərinliklərində basdırılmış parçalanmış kəllə aşkar etdilər. Kəllə yarıya bölündüyü üçün tədqiqatçılar skelet qalıqlarının iki fərqli insana aid olduğu qənaətinə gəliblər. Lakin bir neçə onilliklər sonra genom ardıcıllığını aparan alimlər belə qənaətə gəliblər ki, kəllə bir nəfərə – 45 min il əvvəl yaşamış qadına məxsusdur.

“Qanunla.az” xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar onu mağara sisteminin üstündəki təpənin şərəfinə çex dilində “qızıl at” mənasını verən “qadın – Zlatý kůň” adlandırıblar. Onun DNT-sinin sonrakı təhlili qadının genomunda təxminən 3% Neandertal əcdadlarının olduğunu göstərib. Qadının genomunun indiyə qədər ardıcıllıqla tərtib edilmiş ən qədim müasir insan genomu olduğu da müəyyən edilib.
Alimlər həmin qadının mümkün görünüşünü bərpa edə biliblər.

Bunun üçün elm adamları onlayn məlumat bazasına daxil edilmiş kəllə sümüyünün bir neçə mövcud KT-skanından toplanmış məlumatlardan istifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki