image-qanunla-reklam
image-9e169815-5539-4cc6-b434-93bf5f313fe5

1 ay əzində 5000-ə yaxın cihazın qaz təminatının dayandırılma səbəbləri “Açıq qapı”da

image-lady-day-az

1 ay əzində 5000-ə yaxın cihazın qaz təminatının dayandırılma səbəbləri “Açıq qapı”da

Hər həftənin cümə günü SOCAR-ın “Azəriqaz” İB-nin inzibati binasında keçirilən “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar.

Qanunla.Az xəbər verir ki, İlkin Behbudov ötən ay ərzində həyata keçirilən texniki müayinələrin sayını açıqlayıb. Fevralda paytaxtla yanaşı, Gəncə regionunda da aparılan texniki müayinələrin sayının 110 mindən çox olduğunu bildirib. Şöbə rəisi texniki müayinələr zamanı tərtib edilən aktların 68 000-ə yaxınında nöqsanların aşkarlandığını qeyd edib ki, bunlar da evlərdə qaz xətlərinin görünməyən yerlərdən çəkilişi, mətbəxin yerinin dəyişdirilməsi, tüstü bacalarının işlək olmaması və vanna otaqlarında qapıların düzgün quraşdırılmaması kimi məsələləri əhatə edir. Bu və ya digər səbəblərdən də 4855 cihazın qaz təminatı dayandırılıb.
Aksiyada çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev texniki müayinələrin məzh abonentlərin təhlükəsizliyinə hesablandığını bildirib. Şöbə rəisi müayinələrin sürətli şəkildə aparılması üçün abonentlərdən adekvat davranmalarını xahiş edib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

image-9e169815-5539-4cc6-b434-93bf5f313fe5image-0eba60d0-3f72-4f40-a4c2-f651bc0f4381image-9ec4a8cd-5dbb-4d58-944a-6a6bd1d02514image-fada87c3-25e6-479d-aa25-72231f046384


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki