image-qanunla-reklam
image-394351738_2694570784033818_848441236647134211_n

Zərdabda şəhid gizir Taleh Əliyevin 40 mərasimi keçirilib-FOTO

image-lady-day-az
Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid gizir Əliyev Taleh Saleh oğlunun 40 mərasimi keçirilib.
Qanunla.Az xəbər verir ki, yas mərasimində rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, başçısının müavinləri Ramo Hacıyev ,Parvın Mahmudova ,Rayon Məhkəməsinin hakimi, Prokurorluq, hüquq mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, Zərdab Gənclər İdman Sektorunun müdiri, Gənclər Evinin direktoru, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin  məzarı ziyarət olundu, əziz xatirəsi ehtiramla yad edildi  və  ruhuna dualar oxundu.
Millət vəkili Jalə Əliyeva çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan Millət vəkili həmin qələbədə Talehin də payı olduğunu bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha vurğulayıb.
“Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid ailələrinin bizim qayğımıza, diqqətimizə ehtiyacı var. Bizim də hər zaman borcumuzdur ki, həmin qayğını onlara hiss etdirək, dəstəyimizi onlardan əsirgəməyək. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, onlara dayaq olursa, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, – deyən icra başçısı Mərdan Camalzadə Zərdabda da bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.
Şəhidimizin anası şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vüqar Rəhimov
image-394545541_2694570557367174_1586348160153246426_nimage-394602854_2694570590700504_8864928232833621995_nimage-394351738_2694570784033818_848441236647134211_nimage-394640241_2694570840700479_6501608452001528950_nimage-394609388_2694570970700466_28007922033024565_nimage-394683841_2694571004033796_4957919689232486767_nimage-394288483_2694571197367110_3839986374719459707_nimage-394320054_2694571494033747_1936983632098070464_nimage-394289488_2694571254033771_2837332178383796852_nimage-394469989_2694571280700435_8008768158461154754_nimage-394482120_2694571307367099_3718138605209899893_nimage-394673783_2694571390700424_7623475857167879935_nimage-394602419_2694571440700419_93549197385352868_nimage-394562075_2694571530700410_7583129239619148049_nimage-394475051_2694571600700403_3928236923466047375_nimage-394557545_2694571630700400_7079769599674329509_nimage-394222656_2694571854033711_8401801062406952230_nimage-394569780_2694571897367040_1618623079407964555_nimage-394417697_2694571924033704_8433529272476119846_nimage-394487772_2694571954033701_3179692625411857578_nimage-394477395_2694572044033692_6442349254568871682_nimage-394554954_2694572064033690_5459719647545974083_nimage-394517705_2694572080700355_7352990829742367466_nimage-394560346_2694579324032964_3966319805664697766_n
image-394476486_2694579367366293_1649051128253853663_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki