image-qanunla-reklam
image-1717241053-665afa758eb86665afa758eb871717238389665afa758eb84665afa758eb85

Zərdabda heyvan oğurluğu edən şəxslər həbs edildi

image-lady-day-az

Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin 7 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1850 manat ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, Q.Şamilov və S.Adıgözəlov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki