13 oktyabr 2023-cü il tarixində Salyan şəhər 2 saylı tam orta məktəbində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Prezidentlik dövrünün 20-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova, Təhsil işçiləri Azad həmkarlar ittifaqı rayon komitəsinin sədri Yaqut Ələsgərova, partiya fəalları, ziyalılar və təhsil işçiləri iştirak edib.
Qanunla.Az xəbər verir ki, tədbirdə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmiş və çıxışlar olmuşdur. YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova, Təhsil işçiləri Azad həmkarlar ittifaqı rayon komitəsinin sədri Yaqut Ələsgərova, Əməkdar müəllimlər, Fərqanə Cəbrayılova, Sehranə Rzayeva və Səlimli Səlimağa çıxışlarında ölkə rəhbərliyinə başladığı ilk gündən sözlə əməlin vəhdət nümunəsini yaradan Prezident İlham Əliyevin bütün fəaliyyətini respublikamızın yüksəlişinə, beynəlxalq birlikdə mövqelərini möhkəmləndirməsinə, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə həsr etdiyini bildirmişlər. Qeyd olunmuşdur ki, ötən 20 ildə ölkə başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı və qurucusu olduğu dövlətimizi daha da ucaldan bir rəhbər kimi prezidentlik missiyanı layiqincə həyata keçirir. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən birinə çevrilib.