image-qanunla-reklam
image-11167276

YAP Salyan rayon təşkilatında cənab İlham Əliyevin Prezidentlik dövrünün 20-ci ildönümü münasibətilə tədbir keçirilib

image-lady-day-az

13 oktyabr 2023-cü il tarixində YAP Salyan rayon təşkilatının inzibati binasında  Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Prezidentlik dövrünün 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri, ziyalıalr, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və videoçarx nümayiş etdirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, tarixçi-tədqiqatçı Sahib Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, rayon “Qələbə” qəzetinin əməkdaşı, şair-publisit Əzizağa Məmmədli və başqaları çıxış edərək dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb, məqsədyönlü siyasətin, onun siyasi  kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğulayıblar. Həmçinin qeyd edilib ki, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Diqqətə çatdırılıb ki, son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki