image-qanunla-reklam
image-1717617739-ap22269554536886-e1664267740543

Ukrayna Rusiyanın 1348 əsgərini əsir götürüb

image-lady-day-az

Rusiya silahlı qüvvələrinin 1348 əsgəri Ukrayna əsirliyindədir.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

O, Rusiya əsirliyində olan Ukrayna hərbçilərinin sayını da açıqlayıb. Qeyd edib ki, hazırda 6 mindən çox ukraynalı hərbçi Rusiyada əsirlikdədir.

Putin Rusiyanın münaqişə zamanı itkilərinin Ukraynanın itkilərindən dəfələrlə az olduğunu söyləyib: “Rusiya Federasiyası və Ukrayna qüvvələrinin bərpa olunmaz itkiləri 1-ə 5 nisbətindədir”.

Rusiya dövlət başçısı əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri ayda 50 min ölü və yaralı itirir, nisbət 50-nin 50-yədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki