Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Ukraynada döyüşmüş iki nəfərə hücum edilib.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Hərbi əməliyyatın iki iştirakçısına hücum edilib. Yerli sakinlər onların müdafiəsinə qalxıb, bu da kütləvi davaya gətirib çıxarıb”, – məlumatda qeyd olunub.
Polisin məlumatına görə, münaqişə İlişevski rayonundakı kafelərin birində baş verib. Bildirilib ki, müştərilərin özlərini yaxşı aparmaması kafe rəhbərliyi ilə onlar arasında dayava gətirib çıxarıb.
Müharibədən qayıdan şəxslərin dava etdiyi şəxslərin Ermənistan vətəndaşları olduğu qeyd edilib.
Erməni mediası yazıb ki, ermənilər rus hərbçiləri təhqir ediblər, yerli sakinlər isə onlardan Rusiya-Ukrayna müharibəsi iştirakçılarından üzr istəmələrini tələb ediblər. Tələblərinə cavab verilmədiyi üçün dava baş verib. Davada 100-dən çox şəxsin iştirak etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.