ABŞ-ın sabiq prezidenti, hazırda isə prezidentliyə namizəd Donald Tramp məhkəmə xərclərinə görə təyyarələrindən birini satıb.
Qanunla.Az xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.
“Dəyəri 10 milyon dollar olan “Cessna Citation X” təyyarəsi İran əsilli tikinti maqnatı və Trampın əsas donoru Merdad Moayedi tərəfindən alınıb. Tramp sözügedən təyyarədən 2016-cı il seçki kampaniyası zamanı tez-tez istifadə edib”, – məlumatda deyilir.