image-qanunla-reklam
image-inbound4130958384863547567

Strateji Yol Xəritəsi – peşə təhsilinin təşviqi ilə bağli tədbirlərin təşkili” adlı layihənin ilk günü Gəncə şəhər YAP təşkilatında uğurla həyata keçirildi-Foto

image-lady-day-az

13.09.2023 – 15.03.2023 cü il “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Və Onların Ailələrinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi – peşə təhsilinin təşviqi ilə bağli tədbirlərin təşkili” adlı layihənin ilk günü Gəncə şəhər YAP təşkilatında uğurla həyata keçirildi. 14-15 sentyabr tarixlərində isə layihənin rəhbəri Əliyeva Vüsalə Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə müəllimlər və şagirdlərlə maarifləndirmə tədbirlərini həyata keçirdi.
Tədbir zamanı Peşə təhsilinə dair vacib məlumatlar və təkliflər verildi.
Həmçinin iştirakçılarla mövzü üzrə fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.
Layihənin məqsədi peşə təhsilin təbliğ etmək, peşə təlimləri barəsində maarifləndirmə işləri aparmaq, insanları peşə təhsilinə cəlb etməkdən ibarətdir. Gəncə şəhərində 3 günlük təlimlər uğurla başa çatdı həmçinin iştirakçılara peşə təhsilinə dair maarifləndirici bukletlər paylanıldı.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  nə təşəkkür edirik ki bizlər üçün bu cür geniş imkanlar yaradılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki