image-qanunla-reklam
image-bc2313cf-f175-48ac-8036-166eb7fdc2e4

Son sutkada nə qədər qaz qəbul edilib? – SOCAR “Azəriqaz” İB rəsmisindən açıqlama-FOTO

image-lady-day-az

“SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 14 sentyabr 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 11 milyon 630 min kubmetr təşkil edib”.

Qanunla.Az xəbər verir ki, bu sözləri Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 8 milyon 716 min kubmetr, regionlar üzrə isə bu göstərici 2 milyon 914 min kubmetr olub. “Sutka ərzində ümumi qəbulun 75 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 25 faizi isə regionların payına düşür”, – deyə şöbə rəisi əlavə edib. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə sosial şəbəkə üzərindən abonent kodunun addan-ada necə keçirilməsi ilə bağlı ünvanlanan sualı cavablandırıb. Qurum rəsmisinin sözlərinə görə abonent kodunu addan-ada keçirmək üçün abonentin özü və ya notarial qaydada təsdiq edilən etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir. “Müraciət zamanı şəxsiyyət vəsiqəsi, mülkiyyəti təsdiq edən sənədlərin əsli və smart-kart təqdim edilməlidir. Bununla da smart-kartın abonent kodunu addan-ada keçirmək mümkündür. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur”, – deyə o bildirib. Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

image-214aa4c2-8527-48f2-a99b-0ac02cdbb20fimage-438743a5-2e84-4d21-88d9-becc6c4324f7image-bc2313cf-f175-48ac-8036-166eb7fdc2e4image-75ceded1-446e-486c-bc09-ab0ae7af09ac


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki