image-qanunla-reklam
image-1697266016_whatsapp-image-2023-10-14-at-10-44-21

Şəhidin həyat yoldaşı Türkiyədə universitetə qəbul oldu

image-lady-day-az

Şəhid Fuad Bağırovun həyat yoldaşı Sənubər Bağırova tələbə adını qazanıb.

“Qanunla.az”ın məlumatına görə, o, Atatürk Universitetinin Dövlət idarəetmə ixtisasına  qəbul olub.

Qeyd edək ki, Sənubər Bağırovanın həyat yoldaşı baş leytenant Fuad Bağırov 29 yanvar 2022-ci ildə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən 3 hərbi qulluqçu ilə birgə itkin düşüb.

Hərbçimizin axtarışları 3 gün davam edib. Onun nəşi 31 yanvar 2022-ci ildə tapılıb və ertəsi gün Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Fuad Bağırova şəhid statusu verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki