Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşları Asim Camalzadə və Ramil Şirinovla Sumqayıtda vida mərasimi keçirilir.
Qanunla.az xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Ramil Şirinovun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.