image-qanunla-reklam
image-img-20231007-wa0007

Şəhid Nurəhməd Ulubəyovun şəhadətindən 3 il ötdü-FOTO

image-lady-day-az

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canı və qanından keçən igid oğullarımızdan biri də Nurəhməd Hacıbəy oğlu Ulubəyovdur.

Qanunla.Az xəbər verir ki, bu gün şəhidimizin şəhadətə ucaldığı gündən 3 il ötür. Bu məqsədlə II Fəxri Xiyabanda baş tutan anım mərasimində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailəsi  və yaxınları iştirak edib. Çıxış edənlər şəhidin qəhrəmanlıq dastanından, göstərdiyi şücayətindən söz açıblar. Daha sonra şəhidin əziz xatirəsini əbədiləşdirmək məqsədilə vaxtı ilə yaşadığı binanın həyətində inşa olunan abidəsi ziyarət edilib. Qeyd edilib ki, Vətən müharibəsinə könüllü yollanaraq torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında şəhidlik zirvəsinə ucalan Nurəhməd Ulubəyov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Məlumat üçün bildirək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdir ki, SOCAR “Azəriqaz” İB-də çalışır.

image-img-20231007-wa0006 image-img-20231007-wa0008 image-img-20231007-wa0007 image-img-20231007-wa0009 image-img-20231007-wa0010


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki