image-qanunla-reklam
image-sehid-anar-memmedzade

Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli filmin çəkilməsi nəzərdə tutulmuşdur

image-lady-day-az

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Bu yolda canını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaq bütün cəmiyyətimizin borcudur. Qələbənin tanıdılması onun qazanılması qədər çətin bir prosesdir. Bu proseslərin uğurla yürüdülməsi üçün əsas işlərdən biri də şəhid və qazilərimizin qəhrəmanlıqlarının və fədakarlıqlarının gələcək nəsillərə çatdırılmasıdır.

Qanunla.Az xəbər verir ki, bu məqsədlə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” ictimai birliyi tərəfindən təşkilatımızın üzvü olmuş, Zərdab şəhidlərinin ən gənci olan, ictimai aktiv 21 yaşlı Məmmədzadə Anar Nazim oğlunun xatirəsinə həsr olunmuş Şəhid Anar Məmmədzadə: “Bayraq mənim namusumdur!” adlı sənədli filmin çəkilməsi nəzərdə tutulmuşdur.

 

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki