image-qanunla-reklam
image-bayden-yeni

Rusiyaya zərbə olar, Moskvaya yox – Bayden

image-lady-day-az

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Moskvaya Amerika silahları ilə zərbə endirməsinə icazə verməyəcək.

Qanunla.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Ukraynalılara sərhədə yaxın, sərhədin o biri tərəfində istifadə edildikdə və Ukraynada konkret hədəflərə zərbələr endirmək icazəsi verilir. Biz Rusiya daxilində 200 mil (321 km) məsafədə zərbələrə icazə vermirik – o cümlədən Moskvaya və Kremlə”, – o bildirib.

Qeyd edək ki, mayın sonunda ABŞ hakimiyyəti Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətləri yumşaldaraq, Rusiyanın sərhəd ərazilərinə zərbələr endirməyə icazə verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki