image-qanunla-reklam
image-shaxtali_hava-1

Rusiyaya anomal şaxtalar gəlir

image-lady-day-az

Həftə sonuna kimi Rusiyanın Ural və Sibir regionlarının 12 rayonunda anomal soyuqlar gözlənilir. Havanın temperaturu iqlim normasından 7-11 dərəcə aşağı olacaq.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfanda deyib.

Sinoptik bildirib ki, Uralın şimalında xüsusilə soyuq və qarlı hava gözlənilir:

“Yamalo-Nenets və Xantı-Mansi Muxtar dairələrində havanın temperaturu normadan 10 dərəcə aşağı olacaq.

Sibirin Omsk, Tomsk, Novosibirsk və Kemerovo vilayətləri, Altay diyarı və Xakasiya kimi əhalinin sıx məskunlaşdığı ərazilərində də +2 dərəcədən -4 dərəcəyə kimi kəskin soyuqlar gözlənilir ki, bu da iqlim normasından 7-11 dərəcə aşağıdır”.

O əlavə edib ki, şaxtalar Kurqan, Sverdlovsk, Çelyabinsk vilayətlərində, eləcə də Tümen vilayətinin cənubunda da müşahidə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki