image-qanunla-reklam
image-b9dffb9bf1493f0db52d3e659e6409e0

Rusiyada ard-arda iki dəfə zəlzələ oldu

image-lady-day-az

“İyunun 16-na keçən gecə Saxalin adasında iki zəlzələ baş verib”.

Bunu Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib.

Zəlzələlərdən birinin maqnitudası 4,1, episentri Aniva rayonunun Təranay kəndindən 12 kilometr aralıda, 7 km dərinlikdə yerləşib.

“Əməliyyat məlumatlarına görə, zəlzələ Təranay, Oqonki kəndlərində və Aniva rayon mərkəzində 4 bala qədər, Nevelsk şəhərində 3 bal gücündə hiss edilib” – Semenova deyib.

Bir saat sonra isə eyni ərazidə 2,0 bal gücündə zəlzələ baş verib.//Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki