image-qanunla-reklam
image-01a62dbc5c8fd3e1076a9afc1c1dc4e5

Rusiya əsgərləri silahsız ukraynalıları güllələməkdə şübhəli bilinir

image-lady-day-az

Rusiya ordusunun 42-ci motoatıcı diviziyanın (71718 saylı hərbi hissə) 5 hərbçisi təslim olan 4 Ukrayna əsgərini güllələməkdə şübhəli bilinir.

Qanunla.Az xarici agentliklərə istinadən xəbər verir ki, onların şəxsiyyəti Ukraynanın Baş Kəşfiyyat İdarəsi tərəfindən müəyyən edilib.

İdarədən verilən məlumata görə, 2024-cü ilin mayında Zaporino rayonunun Raboti kəndi yaxınlığında əsgərlərin qətlində polkovnik-leytenant Yuri Abayev (alay komandiri), kapitan Dmitri Naqornı, baş leytenant Temirlan Abutalimov, leytenant Zaur Bekov və baş leytenant Yusup İmaqazəliyev iştirak ediblər.

Abayev və Abutalimov əvvəllər Vladimir Putinlə şəxsən görüşüblər. Abutalimov hətta Rusiya Qəhrəmanı medalını prezidentin əlindən alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki