image-qanunla-reklam
image-1663769145-evez-zeynalli

Ombudsman Aparatının nümayəndələri Əvəz Zeynallı ilə görüşüb

image-lady-day-az

Sentyabrın 26-da Ombudsman Aparatının nümayəndələri hazırda həbsdə olan Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşüblər. 

“Qanunla.az” xəbər verir ki, görüş zamanı Əvəz Zeynallı aparat nümayəndələrinə səhhətindəki, o cümlədən gözlərindəki  problemlərlə bağlı məlumat verib. Müayinə və müalicəsinin fərdi qaydada aparılmasının vacibliyini və zəruriliyini qeyd edib. Əvəz Zeynallı həmçinin həbs olunduğu zaman Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları tərəfindən götürülən və məhkəmə prosesinin başlamasına baxmayaraq, ailəsinə məxsus maddi vəsaitin və texniki avadanlıqlarının heç bir əsas olmadan bu günədək saxladıqlarını və onların geri qaytarılmasında problemlər yaratdıqlarını diqqətə çatdırıb.

Ombudsman Aparatının nümayəndələri Əvəz Zeynallını diqqətlə dinləyərək, səlahiyyətləri çərçivəsində məsələlərin həllinə çalışacaqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki