image-qanunla-reklam
image-1697269481_a5e3cff775e5a8f8794049ae9fb1aae8

Millət vəkili parlamentdəki çıxışı ilə bağlı açıqlama yaydı

image-lady-day-az

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev parlamentdə çıxışı zamanı mətni üzdən oxumaqda çətinlik çəkdiyi görüntü ilə bağlı açıqlama yayıb. 

“Qanunla.az” xəbər verir ki, açıqlamada deyilir:

“Bəli, nitqdə səhvə yol vermək olar. Bu, hər kəsdə mümkündür. Qəfil kompüterim söndü və görkəmli şəxslərdən birinin fikrinin təhrif olunmaması üçün bir anlıq təkrarladım. Bəzi nadanlar bunu əldə bayraq edərək paylaşır və çıxışımı məsxərəyə qoyurlar.

Demək istəyirəm ki, Milli Məclisdə etdiyim 90 -a yaxın çıxışı və televiziya çıxışlarımı da diqqətlə izləyin və səhv tutmağa çalışın. Nadanlara qoşulanlar məni təəccübləndirmir, çünki sosial şəbəkələrdə bir qaragüruhçuluq və savadsızlıq kabusu dolaşmaqdadır. Bu da bir virusdur, koronavirusdan betər…”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki