image-qanunla-reklam
image-img-20231004-wa0049

Məktəbli yeniyetmələr uğurlu karyera qurmaq üçün təlimlərdə iştirak etdi

image-lady-day-az

Məktəbli yeniyetmələr uğurlu karyera qurmaq üçün təlimlərdə iştirak etdi.

Qanunla.Az xəbər verir ki, “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin təşkili layihəsi çərçivəsində məktəblərdə təlimlərin təşkilinə başlanılmışdır. İkinci təlim 30 məktəblinin iştirakı ilə Zərdab rayon Yarməmmədbağı kənd tam orta məktəbində keçirilmişdir.
Tədbiri məktəbin direktoru Zülfiyyə Əhmədova açıq elan etmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. O çıxışı zamanı gənclərin karyera quruculuğunda, onların gələcək həyatlarında layihənin böyük rolunun olduğunu vurğulamışdır.
Donor, təşkilat və layihənin növbəti mərhələləri haqqında təşkilatın sədri Vəfa Xəlilli məlumat vermiş, uğurlu karyera qurmaqda Soft Skills`in rolundan, adları sadalanmış yumşaq bacarıqların inkişaf etdirilməsi istiqamətində söhbət aparmışdır. Görüşün davamında yeniyetmələr üçün vacib olan “Zamanın idarə edilməsi” mövzusunda təlim keçirilmişdir. Düzgün metodlar nəzərə çatdırılmışdır.
Təşkilatın üzvü Rəvanə Hidayətova gələcək karyeramızda texniki bacarıqlarımızdan çox yumşaq bacarıqların əhəmiyyətli olduğunu vurğulamışdır.
Sonda layihə çərçivəsində keçiriləcək olan “Karyera Forumu”nda iştirak etmək istəyən daha çox aktivliyi ilə seçilən məktəblilərin qeydiyyatı aparılmışdır.
Qeyd edək ki, layihənin məqsədi regionun yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafının təşkil olunması və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

 

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-img-20231004-wa0049 image-img-20231004-wa0047 image-img-20231004-wa0048 image-img-20231004-wa0050


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki