image-qanunla-reklam
image-img-20231028-wa0013

Məktəbli yeniyetmələr üçün Təlim keçirildi-FOTO

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin təşkili layihəsi çərçivəsində Karyera Forumu keçirilmişdir.

Qanunla.Az xəbər verir ki, Forumda 25 məktəbli iştirak etmişdir.

Forumda Sevinc Burzuyeva – Təhsildə Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri, Karyera Planlaması fənn müəllimi, Karyera məsləhətçisi, Şəmsi Namazov – Beynəlxalq sertifikatlı İT mütəxəssis, İT İnstructor, Natiq Eyvazov – Zərdabi yolu Tədris Mərkəzinin təsisçisi və direktoru, Coşqun İsmayılov – GİKM Dağlıq-Şirvan Regional Nümayəndəliyinin rəhbəri qonaq qismində iştirak etmişdir.
Forum Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlamış və ardı ilə təşkilatın sədri Vəfa Xəlilli donor, təşkilat və layihə haqqında məlumat vermişdir.
Qonaqlar iştirakçılara uğurlu karyera qurmaqda yumşaq bacarıqların rolundan, doğru karyera planlamasından və ixtisas seçimindən, gənclərin peşəkar kadr kimi yetişmələrinin vacibliyindən və bu yolda onlara kömək olacaq bacarıqların inkişaf etdirilməsindən danışmışdır.
Qeyd edək ki, layihənin məqsədi regionun yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafının təşkil olunması və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-img-20231028-wa0011 image-img-20231028-wa0017 image-img-20231028-wa0016 image-img-20231028-wa0015 image-img-20231028-wa0012 image-img-20231028-wa0013 image-img-20231028-wa0014


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki