image-qanunla-reklam
image-1698397322_poster

Məcburi köçkünlərin dayanıqlı icmaların yaradılması üzrə layihələr keçirilir

image-lady-day-az

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində qaçqınların və məcburi köçkünlərin peşə təhsilinin artırılması və yeni yaradılmış bizneslərə dəstək məqsədilə “Qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi vasitəsilə dayanıqlı icmaların yaradılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsi həyata keçirilir.

“Qanunla.az” xəbər verir ki, layihə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”-nın 3-cü prioritet istimaqətinin 3.1.6 bəndində nəzərdə tutulan “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyəti çərçivəsində təşkil olunur.

Bu istiqamətdə artıq Kəlbəcər rayonunun Zallar kəndinə, Laçın rayonunun isə Sus və Zabux kəndlərinə geri qayıdacaq məcburi köçkünlər arasında görüşlər və sorğular həyata keçirilmişdir. Həmçinin, bu mərhələdə benefisiarlar düzgün fəaliyyət seçimi üçün ekspert dəstəyilə təmin olunub.  Bildirək ki, növbəti mərhələdə layihə çərçivəsində işğaldan azad olunan ərazilərə qayıdacaq məcburi köçkünlərə gəlir gətirən sahələr üzrə peşə təhsilləri tədris olunacaq. Faydalanan şəxslər, yeni yaradılacaq biznes subyektlərinin fəaliyyətini təmin etmək məqsədilə biznes planlarının yazılması və həyata keçirilməsi üçün xüsusi təlim və mentor dəstəyi xidməti də əldə edəcəklər.

Layihə sonunda bu şəxslər, onların fəaliyyətinə dəstək məqsədilə ayrılmış xüsusi aktivlərlə təmin olunacaqlar. Layihənin 2023-cü il oktyabr-dekabr tarixlərini əhatə edən  1-ci mərhələsində ümumilikdə 40 fərdi sahibkar və 5 hüquqi şəxs biznes subyektlərinin təsis edilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki