image-qanunla-reklam
image-macron

Makrona müraciət edildi: Ermənistana ordu göndər!

image-lady-day-az

Fransanın bir sıra tanınmış şəxsləri Fransa Prezidenti Emmanuel Makrona açıq məktub yazaraq, onu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Fransanın “Le Point” nəşri məlumat yayıb.

Müraciətdə onlar “müəyyən silahların tədarükünə, eləcə də ən yaxşı məktəblərimizdə erməni əsgərlərin təliminə icazə verməklə bu dövlətə müdafiə xarakterli hərbi yardım göstərmək təşəbbüsünə” görə Makrona təşəkkür ediblər.

Buna baxmayaraq, onlar bu yardımıarın “həriqi hərbi üsrünlüyə malik Azərbaycanı dayandırmaq gücündə olmadığını” bildiriblər. İddia ediblər ki, ermənilər üçün “soyqırım riski” var.

“Ona görə də biz Fransa silahlı qüvvələrini bu qardaş ölkəyə göndərməyə çağırırıq”, – məktubda qeyd edilib.

Müraciəti Parisin meri Ann İdalqo, filosof Elizabet Badinter, keşmiş Avropa və xarici işlər naziri Bernar Kuşner, İl-de-Frans regionunun prezidenti Valeri Pekres, Avropa Parlamentinin üzvləri Fransua-Ksavye Bellami, Natali Luazo, Jan-Mark Cermen, Monpelye şəhərinin meri Maykl Delafos və başqaları imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki