image-qanunla-reklam
image-1697428237-trend_lacin_kockun_161023_1

Laçına növbəti köç karvanı yola salınıb

image-lady-day-az

Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

“Qanunla.az” xəbər verir ki, oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 247 ailə, yəni 1 050 nəfərin daimi məskunlaşması təmin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki